<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Rəbb İsam, layiqsən, layiqsən izzətlənməyə,
 Layiqsən, İlahi, layiqsən şərəfl ənməyə.
 Layiqsən hər zaman mədh edilməyə,
 Layiqsən, İlahi, layiqsən hər an!

[V2]
 Haqq yolun göstərdin bizə, İlahi,
 Qalxarkən Allahın Dərgahına.
 Qatlansın önündə qoy dizlər Sənin,
 Layiqsən, İlahi, layiqsən hər an!

[V3]
 Düşmənin əlindən aldın bizi,
 Çaldın qələbəni böyük məhəbbətinlə.
 Körpələr dilindən kamil həmd aldın
 Layiqsən, İlahi, layiqsən hər an.

[V4]
 Danılsa da, Rəbbim, Haqq yolun Sənin,
 Dodaqlar sussa da, dillər sussa da,
 Daşlar dilə gəlib Səni mədh edər,
 Layiqsən, İlahi, layiqsən hər an!

[V5]
 Rəbb İsam, layiqsən izzətlənməyə,
 Layiqsən, İlahi, şərəfl ənməyə,
 Layiqsən, İlahi, mədh edilməyə,
 Layiqsən, İlahi, layiqsən hər an!</lyrics>
<title>Rəbb İsam, layiqsən, layiqsən izzətlənməyə İL91</title>
<hymn_number>91</hymn_number>
</song>